İtaliyadan Azərbaycana gətirilən 15 mindən çox bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
İtaliyadan Azərbaycana gətirilən bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində "Novator Farma" MMC-nin İtaliyadan idxal etdiyi "Gricar Chemical S.r.l" müəssisəsinin istehsalı olan, ümumi sayı 15 034 ədəd “Zeolimed, Kapsul №60” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından (06.05.2024-06.05.2027-ci il istehsal və son istifadə tarixli, P119 partiya nömrəli) Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinəsi nəticəsində qurğuşunun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək, məhsul partiyası məhv edilib.
Oxşar xəbərlər
Azərbaycana gətirilən hind quşu məhsulunda bakteriya aşkarlanıb
İdxal olunan bioloji aktiv qida məhsullarında uyğunsuzluqların aşkarlanması halları artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
