Zelenski Ufadakı neft emalı zavoduna və Penzaya zərbələri təsdiqləyib - YENİLƏNİB
Ukrayna qüvvələri Ufadakı neft emalı zavoduna (NEZ) yenidən zərbə endirib, həmçinin Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin obyektini vurub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
Onun sözlərinə görə, artıq ikinci dəfədir ki, Ufadakı neft emalı zavodu - Rusiyanın ən böyük sürtkü materialları istehsalçılarından biri zərbəyə məruz qalıb.
V.Zelenski, həmçinin Penzadakı zavodlardan birinə dron zərbələri endirildiyinə dair məlumatları təsdiqləyib.
O bildirib ki, Penza vilayətində Rusiya hərbi-sənaye kompleksinin raket silahları üçün komponentlərin hazırlanması və istehsalı ilə məşğul olan strateji obyekti vurulub. Hədəfə qədər olan məsafə - cəbhə xəttindən təxminən 600 kilometrdir.
Ukrayna Rusiyanın Penza şəhərinə pilotsuz uçuş aparatları ilə hücum edib, nəticədə bir sıra partlayışlardan sonra zavodlardan birinin ərazisində yanğın baş verib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanallarına istinadən "RBK-Ukrayna" məlumat yayıb.
Onların məlumatına görə, Penzada raket təhlükəsi elan edilib, bundan sonra şəhərdə hava həyəcanı səsləndirilib.
Daha sonra yerli sakinlər bir neçə partlayış barədə məlumat veriblər. Öz növbəsində, yerli hakimiyyət orqanları hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumunu dəf etdiyini bildirib.
Rusiya teleqram kanallarının məlumatına görə, hücumdan sonra zavodlardan birinin ərazisində güclü tüstülənmə müşahidə edilib ki, bu da müəssisənin ərazisində yanğının baş verməsindən xəbər verir.
Dağıntılar və xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Zelenski: Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
Zelenski: Ukrayna Çeboksarıdakı hərbi müəssisəyə və Samarada neft emalı zavoduna zərbələr endirib
Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib
Ukrayna Orskdakı neft emalı zavoduna və "Transneft"in Permdəki obyektinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
