Britaniya Ukraynaya nüvə yanacağının tədarükü üçün təxminən 277 milyon dollar ayıracaq
Böyük Britaniya növbəti iki il ərzində Ukraynanın atom elektrik stansiyaları üçün nüvə yanacağının tədarükünü təmin etməyə 210 milyon funt sterlinq (təxminən 277 milyon dollar) yönəldəcək.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Konfrans (URC) çərçivəsində Britaniyanın xarici işlər naziri İvett Kuper, "UK Export Finance" agentliyi və "Urenco" şirkətinin nümayəndələri ilə görüşünün yekunlarına əsasən bildirib.
"Bunlar gələcəkdə də Ukraynanın atom enerjisinin etibarlı işini təmin etməyə imkan verəcək mühüm sazişlərdir. Məhz o, Ukraynanın enerji sisteminin sabit və proqnozlaşdırıla bilən fəaliyyətinin əsasıdır", - D.Şmıqal qeyd edib.
O, həmçinin əməkdaşlığa və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə səylərə verdikləri dəstəyə görə britaniyalı tərəfdaşlara minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Britaniya Ukraynanın nüvə enerjisi sektorunun dəstəklənməsinə 271 milyon dollar ayıracaq
"Enerji Ramştaynı" iclasından sonra Ukraynaya ən azı 375 milyon avro ayrılacaq
ABŞ Çernobıldakı AES-nin örtüyünün təmirinə 100 milyon dollar ayıracaq
ABŞ Ukraynaya təxminən 300 milyon dollar ayıracaq
Denis Şmıqal Ukraynanın enerji dayanıqlığına verdiyi xüsusi töhfəyə görə Azərbaycana minnətdarlığını bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
