AQTİ-nin yeni saytı istifadəyə verilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) yeni saytı istifadəyə verilib.
İnstitutdan "Sizinxeber.az"a verilən məlumata görə, sayt sahibkarların məlumatlandırılması, istehlakçıların maarifləndirilməsi üçün çox faydalı imkanlar təqdim edir.
Müasir və interaktiv platformada qida təhlükəsizliyi ilə əlaqəli ən son yeniliklər, xəbərlər və sahibkarların xidmətlərə əlçatanlığını təmin etmək üçün müraciət bölmələri yaradılıb.
Saytda AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyaları və onların göstərdiyi xidmətlər barədə ətraflı məlumatlar təqdim olunur. Sayta daxil olan hər kəs laboratoriyalara virtual tur etmək imkanı qazanacaq.
Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təklif etdiyi təlimlər, konsaltinq, halal sertifikatlaşdırma, layihələndirmə, xarici qiymətləndirmə və digər xidmətlər sahibkarlar üçün daha asan formada təqdim olunub.
Yenilənən saytda “HALAL” uyğunluq sertifikatı almaq istəyən sahibkarlar üçün yeni “Kalkulyator” bölməsi yaradılıb ki, burada müvafiq bölmələri dolduraraq "HALAL" sertifikatlaşma üzrə qiymətləndirmə rüsumlarını öyrənmək mümkündür.
Saytda hər gün yenilənən maraqlı məqalələr istehlakçıların maarifləndirilməsi üçün əlverişli informasiya mənbəyidir.
Qeyd edək ki, 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür.
Oxşar xəbərlər
AQTİ: Azərbaycanda 14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib
Ümumdünya Halal Standartları Günü ilə əlaqədar sahibkarlarla görüş keçirilib
Daha 6 qida subyekti “HALAL” sertifikatlaşma ilə bağlı müraciət edib
Qida məhsulları laboratoriyada necə analiz olunur? - "Qida Gözətçisi"
Azərbaycanda 5 müəssisəyə “Halal” uyğunluq sertifikatı təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













