

Azərbaycanda 5 müəssisəyə “Halal” uyğunluq sertifikatı təqdim olunub
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan 5 müəssisəyə “Halal” uyğunluq sertifikatları təqdim edib.
“Report” AZSTAND-a istinadən xəbər verir ki, bunlar - paxlava və dondurulmuş künəfə istehsalı üzrə “Köz Künefe 1977-den Hulusi usta” MMC, kolbasa istehsalı üzrə “M&T” LTD və “Zəhmət Ruzi” MMC, süd və süd məhsullarının istehsalı üzrə “Atena” MMC, eləcə də quş əti istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Murad Aqro” MMC-dir.
“AZSTANDART Halal” sertifikatlaşdırma orqanını Türkiyə Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) akkreditasiya edib. Akkreditasiya İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirilib.
“Halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar İnstitutun rəsmi internet səhifəsində yerləşdirilmiş
Yekun olaraq orqanın tərkibində yaradılmış Qərarvermə Komissiyasının müvafiq qərarına əsasən beynəlxalq səviyyədə tanınan “Halal” uyğunluq sertifikatı təqdim olunur. Sertifikatın keçərlilik müddəti 3 ildir.
Oxşar xəbərlər
Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır
AZSTANDART: Məhsulların üzərindəki halal işarəsinin heç bir hüquqi və texniki əsası yoxdur
Daha 6 qida subyekti “HALAL” sertifikatlaşma ilə bağlı müraciət edib
İlham Bayramov: "Azərbaycan məhsullarına verilən "Halal" sertifikatları dünya miqyasında tanınacaq"
AZSTAND beynəlxalq standartlara uyğunlaşma ilə bağlı fəaliyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Belçika və Aİ-dəki səfir: Azərbaycan beynəlxalq siyasətin məsuliyyətli iştirakçısı və regional liderdir
-
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
-
Azərbaycan Muay Tay Federasiyasının prezidenti Antalyada bıçaqlanıb - VİDEO - YENİLƏNİB
-
Maldiv Prezidenti Azərbaycan liderini təbrik edib
-
"Latsio" klubu Mauritsio Sarriyə 2027-ci ilə qədər müqavilə təklif edib
-
MN: Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb
