

Ümumdünya Halal Standartları Günü ilə əlaqədar sahibkarlarla görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) 17 may — Ümumdünya Halal Standartları Günü ilə əlaqədar heyvan mənşəli məhsulların emalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Bu barədə "Report"a AQTA-dan bildirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədr müavini Elxan Əhmədov sahibkarlıq subyektlərinin nümayəndələrinə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan xidmətlərin sahibkarlara qazandırdığı üstünlüklərdən bəhs edib.
AQTİ sədrinin müşaviri Hüseyn Məmmədov sahibkarlara təhlükəsiz və beynəlxalq standartlara uyğun qida istehsalı üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Daha sonra AQTİ tərəfindən təklif olunan xidmətlərlə bağlı təqdimat olunub. Bildirilib ki, AQTİ tərəfindən 4 istiqamət üzrə “HALAL” uyğunluq sertifikatı təklif olunur. Sertifikatın etibatlılıq müddəti 3 ildir və beynəlxalq səviyyədə tanınır.
Qeyd olunub ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Bu da istehlakçı inamını artırmaqla yanaşı, satış imkanlarının artması və ixrac potensialının yaranması ilə nəticələnir. HACCP sisteminin tətbiqi qanunla tənzimlənir və müəssisələrdə bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul edilir.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
AQTİ: Azərbaycanda 14 müəssisə “HALAL” sertifikatı almaq üçün müraciət edib
Daha 6 qida subyekti “HALAL” sertifikatlaşma ilə bağlı müraciət edib
"Expressbank" AQTA-nın layihəsinə qoşulub
Azərbaycanda 5 müəssisəyə “Halal” uyğunluq sertifikatı təqdim olunub
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
İsrail Qəzza müharibəsi başlayandan ABŞ-dən 90 tondan çox hərbi təchizat alıb
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
