İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
sizinxeber.az xəbər saytı

İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib


İsrail Müdafiə Qüvvələri (IDF) atəşkəs razılaşmasının pozulması və təhlükəsizlik zonasındakı hərbçilərinə qarşı hücumlara cavab olaraq Livanın cənubunda “Hizbullah”ın üç qərargahına zərbələr endirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə IDF məlumat yayıb.

IDF-in açıqlamasına görə, Hərbi Hava Qüvvələri bazar günü gecə Nəbatiyyə və Meyfdun bölgələrində yerləşən üç qərargahı hədəfə alıb.
“Zərbələr terror təşkilatı "Hizbullah"ın təhlükəsizlik zonasında fəaliyyət göstərən qüvvələrimizə qarşı hücumlarını davam etdirməsinə cavab olaraq endirilib”, – ordunun bəyanatında deyilir.

O da qeyd edilib ki, günün əvvəlində “Hizbullah”a məxsus raket buraxılış qurğusuna da zərbə endirilib.

Oxşar xəbərlər

İsrail Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib
İsrail ordusu Livanın cənubunda “Hizbullah”a zərbələr endirib
İsrail ordusu Beyrutda "Hizbullah"ın kəşfiyyat qərargahına və rabitə mərkəzinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər