Qida məhsulları laboratoriyada necə analiz olunur? - "Qida Gözətçisi"
Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşların diqqət və marağını cəlb etmək üçün qida məhsulları qeyri-peşəkar üsullarla analiz olunur.
"Report"un məlumatına görə, bu cür kustar üsullarla gündəlik istifadə olunan qida məhsullarının qeyri-peşəkar şəkildə, standart və tələblər gözlənilmədən müayinə olunması və “nəticələrinin” dərhal elan olunması bəzən insanlarda təəccüb və ya çaşqınlıq yaradır.
Mütəxəssislərin iştirakı ilə hazırlanan “Qida Gözətçisi” adlı yeni layihə məhsulların analizinin bu cür qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkir.
Həmçinin videomaterialda istehlakçılara qidaların Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında analizinin necə həyata keçirildiyi və bu laboratoriyaların fəaliyyəti barədə məlumatlar verilir.
Layihə çərçivəsində hazırlanan ilk buraxılış istehlakçıları maraqlandıran əsas mövzulardan olan suyun laborator analizi barədədir.
Müayinələr AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb.
Oxşar xəbərlər
AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
