Şəmkirdə qidadan zəhərlənənlərin sayı 24-ə çatıb, 14-ü azyaşlıdır - YENİLƏNİB-3
sizinxeber.az xəbər saytı

Şəmkirdə qidadan zəhərlənənlərin sayı 24-ə çatıb, 14-ü azyaşlıdır - YENİLƏNİB-3


Şəmkirdə zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 14-ü azyaşlıdır.

Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.

Sevil Seymur

01:49

20.08.2025-ci il tarixində saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un Qərb bürosuna TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

2025-0a8-21 01:04

Şəmkirdə qidadan zəhərlənən 20 nəfərin adları məlum olub.

"Report"un Qərb bürosu dönərdən zəhərləndiyi ehtimal olunan şəxslərin adlarını təqdim edir:

1991-ci il təvəllüdlü V. Hüseynov

2019-cu il təvəllüdlü D. Bayramlı

2014-cü il təvəllüdlü X. Abbasova

1987-ci il təvəllüdlü G. Babayeva

2020-ci il təvəllüdlü Ö. Abbasov

2011-ci il təvəllüdlü Ş. Babayeva

2013-cü il təvəllüdlü Q. Babayev

2016-cı il təvəllüdlü H. İsmayılov

2022-ci il təvəllüdlü A. Hüseynova

2005-ci il təvəllüdlü N. Nağıyeva

2002-ci il təvəllüdlü A. Muradov

2019-cu il təvəllüdlü S. İsmayılov

1978-ci il təvəllüdlü E. Muradova

2020-ci il təvəllüdlü A. Qurbanova

1986-cı il təvəllüdlü G. İsmayılova

1998-ci il təvəllüdlü A. Vəlizadə

1996-cı il təvəllüdlü T. Süleymanova

1975-ci il təvəllüdlü R. Əhmədova

1986-cı il təvəllüdlü G. Bayramlı

1996-cı il təvəllüdlü N. Süleymanlı

2025-08-20 23:49

Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəmkirdə qidadan zəhərlənən 20 nəfərdən 9-u azyaşlıdır - YENİLƏNİB 2
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb - YENİLƏNİB-4
Tovuzda qidadan zəhərlənənlərin sayı 16-ya çatıb - YENİLƏNİB
Tovuzda qidadan zəhərlənənlərin sayı 21-ə çatıb - YENİLƏNİB-3
Şəmkirdə dönərdən 24 nəfər zəhərlənib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle