Tovuzda qidadan zəhərlənənlərin sayı 16-ya çatıb - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
in
2025
19:30
0
0
3 832

Tovuzda qidadan zəhərlənənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

25 in, 2025
19:30
3 832

Tovuzda qidadan zəhərlənənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

Bu gün saat 16:56 radələrində 16 nəfər (7-i kişi, 9-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

"Sizinxeber.az" xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrində davam etdirilir.

19:10

Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə "Sizinxeber.az"un Qərb bürosuna TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

19:04

Tovuzda qidadan zəhərlənən şəxslərin adları məlum olub.

"Sizinxeber.az"un Qərb bürosu xəbər verir ki, onlar 2022-ci il təvəllüdlü Ə.Əliyev, 2007-ci il təvəllüdlü A.Cəfərova, 1979-cu il təvəllüdlü X.Musayeva, 2008-ci il təvəllüdlü R.Əmiraslanov, 2017-ci il təvəllüdlü R.Eyvazov, 2013-cü il təvəllüdlü R.Eyvazov, 1983-cü il təvəllüdlü D.Eyvazov, 2019-cü il təvəllüdlü P.Ələkbərli, 2016-ci il təvəllüdlü E.Kərimli, 2018-ci il təvəllüdlü E.Kərimli, 1997-ci il təvəllüdlü Ş.Əliyeva, 2006-cı il təvəllüdlü A.Hüseynovadır.

Qeyd edək ki, zəhərlənən şəxslər bir ailənin üzvləri və onların qohumlarıdırlar.

18:31

Tovuzda kütləvi zəhərlənmə olub.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, rayonda 12 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların içərisində azyaşlılar da var.

İlkin ehtimala görə, onlar dönərdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın