TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatına qoşulub
sizinxeber.az xəbər saytı

TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatına qoşulub


Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.

"Report" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Oxşar xəbərlər

Bakı metrosunda doğulan körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək - YENiLƏNİB-3
Bakı metrosunda dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq - YENiLƏNİB-2
Bakıda 6 kq çəkidə körpə doğulub
Bakıda metroda dünyaya gələn uşağın və anasının vəziyyəti məlum olub - YENİLƏNİB
Gəncədə döl ölü doğulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər