Aİ Ukraynaya ayırdığı 90 milyard avroluq kreditdən 3,2 milyardlıq ilk tranşı verəcək
Aİ-nin 90 milyard avroluq kreditinin ilk 3,2 milyard avroluq hissəsi Ukraynaya 25 iyunda ödəniləcək.
"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpa Konfransının (URC2026) açılışında bildirib.
"Sabah (bu gün-red) bu kreditin ilk 3,2 milyard avroluq hissəsini ödəyəcəyik", - deyə o, yay tətilinə qədər Aİ-nin 15 iyunda açılan birincisindən əlavə, Ukraynanın üzvlüyü üçün qalan beş danışıqlar klasterini aça biləcəyinə ümid etdiyini bildirib.
"Ukrayna Aİ üzvü olacaq və hamımız bunun üçün çalışmalıyıq", - M.Kos vurğulayıb.
O, həmçinin ümid etdiyini bildirib ki, bu 90 milyard avro Ukraynaya döyüş meydanında həqiqətən güclü olduğu müddətdə fürsət pəncərəsindən yararlanmağa kömək edəcək.
"Rusiya uyğunlaşmadan əvvəl bu altı aydan mümkün olan hər şəkildə istifadə etməliyik. Ukrayna Aİ-nin üzvü olmasa, Avropada təhlükəsiz şəraitdə ola bilmərik", - Kos yekunda bildirib.
Oxşar xəbərlər
Jan-Noel Barro Ukraynaya 90 milyard avroluq kreditin ilk tranşının vaxtını açıqlayıb
Aİ Şurası Ukraynaya 3,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib
Avropa Komissiyasının Prezidenti Ukraynaya 3,5 milyard avroluq yeni yardım tranşı vəd edib
KİV: Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım paketi hazırlayır
Berlin Ukrayna üçün 20 milyard avroluq yardımı təsdiqlədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
