Gəncədə döl ölü doğulub - YENİLƏNİB
Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.
Bu barədə "Sizinxeber.az"a TƏBİB-dən bildirilib.
Qeyd edilir ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.
Gəncədə yeni doğulmuş körpə ölüb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər Perinatal Mərkəzdə qeydə alınıb.
Yeni doğulmuş oğlan uşağının ölümü qeydə alınıb. Məlumata görə, ananın vəziyyəti ağır qiymətləndirilir.
Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə yeni doğulmuş körpə ölüb
Göygöldə beş nəfər zəhərlənib, bir nəfər ölüb - YENİLƏNİB-2
Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə evdə qaz sızmasından partlayış olub, xəsarət alan var
Mingəçevirdə yeni doğulan körpə ölüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













