TƏBİB: Gələcəkdə Qarabağın bəzi yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur
Gələcəkdə Qarabağın bir sıra digər yerlərində yeni klinikaların yaradılması nəzərdə tutulur.
“Sizinxeber.az” xəbər verir ki, bunu TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva qurumun fəaliyyətinə dair keçirilən növbəti geniştərkibli müşavirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələri fəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tipli xəstəxanaların qurulması uğurla aparılır:
"Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb. İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli, rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsas prioritetimizdir. Azad olunan ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulması prosesində TƏBİB yaxından iştirak edir”.
Oxşar xəbərlər
Xocalıda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayacaq
TƏBİB bu il 80 ədəd təcili tibbi yardım avtomobili alıb
Bu günədək azad edilmiş ərazilərdə 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub
Qubadlı və Cəbrayılda modul tipli xəstəxanaların layihələndirilməsinə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
