Bahar Muradova: Orta Dəhliz TDT ölkələrinin dayanıqlı inkişaf məqsədlərinin təminatçısı rolunu oynayır
Orta Dəhliz TDT ölkələrinin qarşısında dayanan dayanıqlı inkişaf məqsədlərinin təminatçısı rolunu da oynayır.
“Report” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun təşkilatçılığı ilə iyunun 11-də Bakıda “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” mövzusunda keçirilən tədbirdə danışıb.
Onun sözlərinə görə, Orta Dəhliz üzv dövlətlər üçün yalnız nəqliyyat yolu kimi yox, sülh, sabitlik üçün vasitə kimi də əhəmiyyət daşıyır:
“Geosiyasi və ekoloji aspektlərdən dərin məzmun kəsb edir. Orta Dəhliz hər birimizin qarşısında duran dayanıqlı inkişaf məqsədlərinin təminatçısı rolunu da oynayır. Ailə siyasəti isə milli siyasətlərin və məqsədin təməl daşıdır. Qadınların təhsildə, iqtisadiyyatda, rəqəmsal transformasiyada rolu nə qədər artarsa, cəmiyyətlərimiz bir o qədər inkişaf edər. Bu mənada TDT ölkələri texnoloji inkişaf və texnoloji avadanlıqlardan istifadə sahəsində səylərini birləşdirə bilər. Ailələrin texnoloji və ekoloji təhsillə təmin olunması gələcəyimiz üçün böyük əhəmiyyət daşıyır”.
Oxşar xəbərlər
COP29-da Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
Bahar Muradova: Azərbaycanda ibtidai təhsil alan qadınların göstəricisi 98 faiz təşkil edir
İtaliya rəsmisi: "Orta Dəhliz geosiyasi qeyri-sabitlik fonunda həlledici əhəmiyyətə malikdir"
Sahil Babayev: "Orta Dəhliz” geosiyasi təzyiqə davam gətirə biləcək tərəfdaşlığı təcəssüm etdirir"
Ştaynmayer: Almaniya Orta Dəhliz layihəsinə böyük əhəmiyyət verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












