Ştaynmayer: Almaniya Orta Dəhliz layihəsinə böyük əhəmiyyət verir
Almaniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM - Orta Dəhliz) layihəsinə böyük əhəmiyyət verir.
“Report”un əməkdaşının məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer bildirib.
Onun sözlərinə görə, Azərbaycan mühüm ticarət yollarının kəsişdiyi bir haba çevrilib:
"Berlin nəqliyyat sahəsində əməkdaşlığın inkişafının tərəfdarıdır. Azərbaycan Mərkəzi Asiya, Uzaq Şərq və Çinlə nəqliyyat əlaqələrimizin inkişafında mühüm rol oynaya bilər. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün vacib layihədir".
F.Ştaynmayer, həmçinin vurğulayıb ki, Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik regionun iqtisadi inkişafına daha böyük təkan verəcək.
Oxşar xəbərlər
Ştaynmayer Bakı və İrəvanı sülh sazişini tezliklə imzalamağa çağırıb
Ştaynmayer: Almaniya və bütün Avropa Cənubi Qafqazda sabitlik olmasında maraqlıdır
Almaniya Prezidenti: Qarabağ Azərbaycandır, bu, Berlinin aydın mövqeyidir
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
