Sivilizasiyalararası Dialoq Mərkəzi: Almaniyada sağçıların güclənməsi fonunda ISESCO-nun üzərinə böyük vəzifələr düşür
"Qərbdə bəzi hökumətlərin göstərdiyi səylərə, müsəlmanların yaşadığı ölkələrdəki təmkinli davranışlarına rəğmən İslam dininə mənsub olanlar haqqında mənfi rəy formalaşıb".
Sizinxeber.az-nın xəbərinə görə, bunu Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" beynəlxalq konfransında ISESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Faizalrahman deyib.
O əlavə edib ki, ISESCO şəxsən Prezident İlham Əliyevin şəxsi dəstəyini qazanmağa nail olub: “Buna görə ona təşəkkür edirəm. Qərbdə bəzi hökumətlərin göstərdiyi səylərə, müsəlmanların yaşadığı ölkələrdəki təmkinli davranışlarına rəğmən İslam dininə mənsub olanlar haqqında mənfi rəy formalaşıb. Bu vəziyyətin ciddi olduğunu beş mərhələ aydın göstərir. Birinci mərhələ elita mərhələsidir. Bu mərhələdə İslam qərb üçün narahatedici amil hesab olunmurdu. İkinci mərhələ odur ki, neftin qiymətinin qalxması fonunda ərəb insanı acgöz kimi təqdim olunmağa başladı. Üçüncü mərhələ İslam inqilabından sonrakı dövrə təsadüf edir. Bu mərhələdə əgər SSRİ-nin Əfqanıstana müdaxiləsi baş verməsəydi daha da dərinləşə bilərdi. Həmin mərhələ müsəlmanlara qarşı düşmənçilik olmadan keçdi. Həmin mərhələdə müxtəlif mərkəzlərdə müsəlmanların konfransları keçirilirdi. Qərb isə öz ideologiyası baxımından yaranmış boşluğu doldurmalı idi. Bütün bunlar sonrakı mərhələdə yeni təzahürləri ortaya çıxarmışdı. Biz bu mərhələni islamofobiyanın yaranması mərhələsi kimi nəzərdən keçirə bilərik. Almaniyanın Daxili İşlər Nazirliyinin ötən həftədəki açıqlamasında qeyd olunurdu ki, İslam dini Almaniya cəmiyyətinə xas deyil. Bu, çox yanlış yanaşmadır. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Almaniyada sağçıların güclənməsi fonunda ISESCO-nun üzərinə böyük vəzifələr düşür. Hesab edirəm ki, bu istiqamətdə sistemli işlər aparılmalı və bu işlər bütün insanları əhatə etməlidir".
Oxşar xəbərlər
ICESCO nümayəndəsi: Bəzi Qərb ölkələrində İslam və "Qurani-Kərim" haqqında məlumatsızlıq var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: İslamofobiya müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına böyük maneə yaradır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident: Bəzi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












