Ramin Məmmədov: Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini bilir və icra edir
Azərbaycan islamofobiya ilə mübarizədə özünün öhdəliklərini yaxşı bilir və icra edir, eləcə də faydalı nəticə almaq uğrunda mübarizə aparır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq bəzi rəqəmsal media orqanlarında da islamofobiyaya meyil özünü büruzə verir:
"İslamofobiya meyilləri bütün dünyada artmaqdadır, iqtisadi və geosiyasi məsələləri kölgədə qoyur. Bunu pisləməklə dayanmamalıyıq, köklərini, səbəblərini araşdırmalıyıq. Həmçinin, müsbət təcrübələrdən nümunə götürməliyik".
R.Məmmədov onu da qeyd edib ki, Ermənistanın işğalı zamanı Azərbaycan yüzlərlə dini abidəsinin məhv edilməsini unutmaq olmaz.
Oxşar xəbərlər
Mərkəz sədri: İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Fərid Şəfiyev: Bakı islamofobiya ilə mübarizədə siyasi və elmi mərkəzə çevrilir
Ramin Məmmədov: İslamofobiyaya qarşı mübarizə onu pisləməklə tükənməməli, kökləri məhv edilməlidir
İƏT rəsmisi: İslamofobiya kimi ayrı-seçkilik və zorakılığa yol açan hallar qəbulolunmazdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
