

Ramin Məmmədov: İslamofobiyaya qarşı mübarizə onu pisləməklə tükənməməli, kökləri məhv edilməlidir
"Bu gün islamofobiyaya qarşı mübarizə onu pisləməklə tükənməməli, onun kökləri məhv edilməlidir".
Sizinxeber.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransın "İslamafobiyada Qlobal Trendlər: Çağırışlar və Cavablar" mövzusunda panel müzakirədə bildirib
Komitə rəhbəri əlavə edib ki, dini dəyərlərin və dini müxtəlifliyin təşviqi, ayrı-ayrı dinlər arasında həmrəyliyin gücləndirilməsi islamofobiya ilə mübarizədə mühüm rola malikdir:
"Bir neçə amillər də qlobal təhlükəsizliyə təhdid törədir. Növbəti mühüm aspekt isə ondan ibarətdir ki, islamafobiyaya qarşı mübarizə onu pisləməklə tükənməməli, onun kökləri məhv edilməlidir. Biz islamafobiyaya multikulturalizm çərçivəsində baxmalıyıq. Dini dəyərlərin təşviqi, müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi, dini müxtəlifliyin təşviqi mühüm rola malikdir. Bu gün islamafobiya ilə mübarizə öz növbəsində dövlətin dini siyasətinin formalaşmasında mühüm yer tutur. Əfsuslar olsun ki, bu gün din amilindən siyasi məqsədlər üçün istifadə olunur. Bu gün Xudavəng monastrı, "Gəncəsar" abidəsi məhv edilib. Bu gününüzdə Heydər Əliyev Fondu və Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə dini abidələrin bərpasının şahidi olunur. Azərbaycanın mövqeyi təkcə geosiyasi maraqlarla məhdudlaşmır. Bu gün ölkəmizin uğurlu tolerantlıq və multikulturalizm siyasəti mövcuddur".
Oxşar xəbərlər
İcraçı direktor: İslamofobiyaya həsr edilmiş konfrans çıxış yollarının tapılması üçün imkandır
Bakıda islamofobiya ilə bağlı beynəlxalq elmi konfrans işinə başlayıb, Prezidentin müraciəti oxunub - YENİLƏNİB
Prezident İlham Əliyev: Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT-nin qətnamələrini alqışlayır
Prezident: Qərbi Azərbaycanda soydaşlarımızın tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır
BMT Baş katibinin müavini: İslamofobiyaya qarşı xüsusi iş aparıram
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
