İnsan Qardaşlığı Ali Komitəsinin rəhbəri: Tolerant dünya məhz birgə qurulmalıdır
sizinxeber.az xəbər saytı

İnsan Qardaşlığı Ali Komitəsinin rəhbəri: Tolerant dünya məhz birgə qurulmalıdır


Biz insanların dini inancı və yaşadığı yerlərdən asılı olmayaraq, birgə yaşamalıyıq.

Sizinxeber.az xəbər verir ki, bunu BƏƏ-də fəaliyyət göstərən İnsan Qardaşlığı Ali Komitəsinin rəhbəri Xalid əl-Qeyd Bakıda keçirilən "İslamafobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusundakı beynəlxalq elmi konfransdakı çıxışında söyləyib.

O deyib ki, dünyada birgəyaşayış amillərinin təmin olunması zamanı insanların geyim tərzi, dini inancı və digər amillər qətiyyən nəzərə alınmamalıdır:

"Biz insanların dini inancı və yaşadığı yerlərdən asılı olmayaraq, birgə yaşamalıyıq. Necə geyinməyimizdən, ibadətimizdən asılı olmayaraq bunu öyrənməliyik. Dövrümüzdə insanların bir araya gətirilməsi çox vacibdir. Bu sahədə tədris proqramlarının da rolu böyükdür. Bizim cəmiyyət icmalarını birləşdirən amilləri də nəzərə almalıyıq. Müxtəlif siyasət və proqramların təşviqi də bizim hədəf amillərimizdən biridir. Hesab edirik ki, bu amil real transformasiyalara gətirib çıxaracaq. Eyni zamanda biz təcrid olunan insanları da unutmamalıyıq. Hesab edirəm ki, tolerant dünya məhz birgə qurulmalıdır".

Oxşar xəbərlər

Bakıda islamofobiya ilə bağlı beynəlxalq elmi konfrans işinə başlayıb, Prezidentin müraciəti oxunub - YENİLƏNİB
Ramin Məmmədov: İslamofobiyaya qarşı mübarizə onu pisləməklə tükənməməli, kökləri məhv edilməlidir
Kimin seçilməsindən asılı olmayaraq Bayden andiçmə mərasimində iştirak edəcək
ABŞ Etnik Anlaşma Fondunun prezidenti: Azərbaycan tolerant ölkədir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər