Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul edib
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Sizinxeber.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TBMM sədri görüşdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və parlament diplomatiyasının bütün sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandıqlarını vurğulayıb.
Numan Kurtulmuş həmçinin parlamentlərarası əməkdaşlıq mexanizmlərinin inkişafına xüsusi önəm verdiklərini də qeyd edib.
Oxşar xəbərlər
Numan Kurtulmuş erməni həmkarı Alen Simonyanla ilə görüşüb
Numan Kurtulmuş erməni həmkarı Alen Simonyanla görüşüb
Numan Kurtulmuş Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib
TBMM sədri: Beynəlxalq platformalarda həmrəy olduğumuz qardaş Azərbaycanla hər zaman çiyin-çiyinəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
