Ceyhun Bayramov Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, Hindistanın hücumlarını pisləyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən məlumata görə, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Pakistanla Hindistan arasında artan gərginliyi müzakirə ediblər.
Pakistan naziri 6-7 mayda Hindistanın Pakistana qarşı raket hücumları və Pakistan tərəfinin cavab tədbirləri barədə məlumat verib. Hindistanın hücumlarından əsasən mülki əhalinin zərər gördüyü, onlarla insanın həlak olduğu, Pakistan tərəfinin isə buna cavab olaraq hərbi obyektləri hədəf aldığı bildirilib. Pakistan naziri həmçinin bir sıra ölkələrin xarici işlər nazirləri ilə telefon danışığı apardığını və vəziyyəti ətraflı izah etdiyini diqqətə çatdırıb.
Ceyhun Bayramov öz növbəsində, Pakistan xalqı ilə həmrəyliyini ifadə edərək, mülki əhalinin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyib.
Nazir eskalasiyanın daha da genişlənməsinin qarşısının alınmasının zəruriliyini, gərginliyin diplomatik yolla və danışıqlar vasitəsilə aradan qaldırılacağına ümidvar olduğunu vurğulayıb.
Tərəflər telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Ceyhun Bayramov Pakistan İslam Respublikasının XİN rəhbəri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb
Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə regional təhlükəsizliyi müzakirə edib
Azərbaycan və Pakistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq müzakirə edilib
Ceyhun Bayramovla Pakistanın Baş naziri arasında telefon danışığı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












