KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
Türkiyə və İsrail nümayəndələri sabah Bakıda qeyri-rəsmi danışıqlar aparmaq üçün görüşəcəklər.
“Sizinxeber.az” İsrailin “Kan 11” telekanalına istinadən xəbər verir ki, görüş Azərbaycanın vasitəçiliyi ilə təşkil olunub və Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib.
Mənbələrin məlumatına görə, İsrail təhlükəsizlik sahəsində iki əsas tələbi səsləndirmək niyyətindədir: öz sərhədləri yaxınlığında qarşı tərəfin silahlı birləşmələrin mövcudluğunun istisna edilməsi, həmçinin İsrailin milli təhlükəsizliyinə təhdid yarada biləcək strateji silah növlərinin Suriyada yerləşdirilməsinə yol verilməməsi.
Təcili məsləhətləşmələrə ehtiyac İsrail və Türkiyə hərbi hava qüvvələri arasında Suriya hava məkanında birbaşa təmasın ilk qeydə alınmış hadisəsindən sonra yaranıb. Məlumatlara görə, cümə axşamından şənbəyə keçən gecə Türkiyənin F-16 qırıcıları İsrail aviasiyasının bir sıra hədəflərə, o cümlədən ehtimal ki, Türkiyə ilə əlaqəli obyektlərə kütləvi zərbələr endirdiyi zaman Suriya səmasına daxil olub.
Qeyd olunub ki, türk pilotları radioelektron mübarizə və rabitə sistemləri vasitəsilə İsrail HHQ-sinə "xəbərdarlıq siqnalları" ötürərək əməliyyat zonasında öz mövcudluqlarını bildiriblər.
Gözlənilir ki, Bakıda keçiriləcək danışıqlar regionun iki əsas ölkəsi arasında gərginliyin azaldılması və münaqişələrin qarşısının alınması mexanizmlərinin formalaşdırılması istiqamətində mühüm addım olacaq.
Oxşar xəbərlər
İsrail Ordusu şərqdən buraxılmış PUA-nı ələ keçirib
Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş olub
İsrail Suriya barədə Türkiyə ilə görüşün təşkilinə görə Azərbaycana təşəkkür edib - YENİLƏNİB
Sabah Bakıda Azərbaycanın vasitəçiliyi ilə İsrail və Türkiyə arasında danışıqlar keçiriləcək
BƏƏ İsrail və Suriya arasında gizli danışıqlarda vasitəçi kimi çıxış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
