Leonid Slutski: Azərbaycan və Ermənistan arasında sülh sazişi zaman məsələsidir
Azərbaycan və Ermənistan arasında sülh sazişi zaman məsələsidir.
Bu barədə “Sizinxeber.az”a Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, Rusiya Liberal Demokrat Partiyasının lideri Leonid Slutski deyib.
"Gec-tez sülh sazişi imzalanacaq. Əlbəttə, bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Uzatmaq lazım deyil - Cənubi Qafqaz xalqlarının maraqları naminə quruculuq yolunda irəliləmək lazımdır", - rusiyalı parlamentari bildirib.
L.Slutski qeyd edib ki, Azərbaycanın azad edilmiş əraziləri sürətlə inkişaf edir.
"Mən bu yaxınlarda Şuşada oldum, Füzuli hava limanına gəldim. Bu başıbəlalı torpağın azad edilməsi Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu gün Azərbaycan xalqının şanlı oğullarının yaxın keçmişdəki qəhrəmanlığını xatırlayaraq deyirik: Qarabağ Azərbaycandır", - fraksiya nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın Qarabağda revanş ümidi mənasızdır, çünki Azərbaycan hər bir halda daha güclüdür.
"Bu qarşıdurmaya son qoymaq və ambisiyalara deyil, quruculuğa diqqət yetirmək lazımdır", - L.Slutski sonda bildirib.
Oxşar xəbərlər
Rusiya Liberal Demokrat Partiyasının lideri Azərbaycanı ən vacib tərəfdaş adlandırıb
Rusiya prezidentliyinə namizəd: Azərbaycanı Qarabağı qaytardıqdan sonrakı uğurlarına görə təbrik edirəm
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”
Rusiyalı deputat: “Şuşada hər bir evin üzərində Azərbaycan bayrağını görmək çox sevindiricidir”
Leonid Kalaşnikov: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli vəziyyət yaranıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













