Leonid Kalaşnikov: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli vəziyyət yaranıb”
Hazırkı şərait Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişlidir.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov deyib.
“Düşünürəm ki, hazırda Ermənistan və Azərbaycan həqiqətən də sülh sazişinin imzalanmasının bir addımlığındadır. Belə deyək, baş verən və son nəticədə indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün istiqamətdə cərəyan edib. Bu məsələ ilə bağlı yalnız üç regional qonşu razılaşmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən hər zaman bu barədə danışmışam. Heç vaxt Qarabağ üzrə ATƏT-in Minsk qrupuna inanmamışam, burada həmsədrlər bizdən başqa ABŞ və Fransadır. Onlar bu istiqamətdə kiçik addım belə atmadılar”, - o vurğulayıb.
Rusiyalı deputat qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır, çünki onlar qonşu ölkələrdir. İrəvandakı revanşizm tərəfdarlarından danışan L.Kalaşnikov deyib ki, Qarabağ məsələsi bağlanıb və indi bunu gündəmə gətirməyin mənası yoxdur.
Oxşar xəbərlər
Rusiyalı deputat: “İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrəvan Putinin ölkəyə girişinə qadağa qoydu - Zatulin [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlılar bu sənədə əsasən Göyçədə məskunlaşacaq... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Rusiyanın XİN başçıları Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












