sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
PSJ Xulian Alvaresin transferi üçün "Atletiko"ya 100 milyon avro təklif etməyə hazırdır
İspaniyanın "Atletiko" klubunun hücumçusu Xulian Alvaresin karyerasını Fransada davam etdirmək ehtimalı yaranıb.
"Sizinxeber.az" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, PSJ argentinalı futbolçunun transferi üçün İspaniya klubuna 100 milyon avro təklif etməyə hazırdır.
Madrid təmsilçisi də forvardın Paris klubuna keçidinə üstünlük verir. X.Alvares 2024-cü ildə 75 milyon avro qarşılığında "Mançester Siti"dən "Atletiko"ya transfer olunub. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Qeyd edək ki, hücumçu cari mövsümdə bütün turnirlərdə 49 matça çıxıb. O, bu qarşılaşmalarda 20 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
"Barselona" Xulian Alvaresi "Atletiko"dan transfer etməyi planlaşdırır
"Atletiko"nun hücumçusu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər
Xulian Alvares UEFA Çempionlar Liqasında 25 qola Messidən tez çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
