Ceyhun Bayramov: Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var


Biz sülh sazişinə köklənsək də, Ermənistan Konstitusiyasında ziddiyyətli məqamlar var.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən paneldə deyib.

Nazir deyib ki, bu mövzu Azərbaycan üçün olduqca vacibdir:

“Biz 2023-cü ildən bu yana sülh sazişinin imzalanmasını gözləyirik. Konstituisyada müəyyən dəyişikliyin edilməsi dünya praktikasında olan bir məsələdir”.

Ceyhun Bayramov Ararat Mirzoyanın iddiasına da cavab verib:

“Azərbaycan Konstitusiyasında Ermənistanın mövcud ərazisinə dair hər hansısa bir ərazi və torpaq iddiası yoxdur”.

Nazir həmçinin əlavə edib ki, iki əsas maneənin - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi sülh sazişinin imzalanması üçün real imkan yaradır:

"Hesab edirik ki, bu zəruri addımlardan sonra sülh sazişinin tamamlanması və imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda heç bir əlavə maneə olmayacaq".

Oxşar xəbərlər

Ararat Mirzoyan: Məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: Konstitusiyada dəyişikliklərlə bağlı Ermənistandan əməli addımlar gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN başçısı: İlin sonuna kimi sülh sazişinin imzalanması Ermənistandan asılıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərtləri bir daha açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər