Blinken: Azərbaycan-Ermənistan sülh sazişi regiona sabitlik və rifah gətirəcək
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ştatların dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda keçirilən görüşünə dair bəyanat yayıb.
"Report"un ABŞ bürosu xəbər verir ki, bəyanatda Dövlət katibi Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib: "BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində bu gün Nyu-Yorkda dövlət katibi Antoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla üçtərəfli görüş keçirib. Blinken hər iki naziri Azərbaycan və Ermənistanı davamlı və ləyaqətli sülh yolunda əldə etdiyi tərəqqiyə görə təqdir edib, sazişi mümkün qədər tez yekunlaşdırmaq üçün hər iki ölkənin davamlı tərəqqisini təşviq edib. Dövlət katibi sülh sazişinin regiona artan sabitlik və rifah gətirəcəyini vurğulayıb".
Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Oxşar xəbərlər
Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşib
Azərbaycan və Ermənistan qısa müddətdə Sülh Sazişi üçün əlavə səylər barədə razılığa gəlib
Blinken Ukraynanın yeni xarici işlər naziri ilə danışıb
Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
