Şamil Ayrım: Qərbi azərbaycanlılar öz vətənlərinə geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır
Qərbi azərbaycanlılar öz vətənlərinə geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır.
Bunu “Sizinxeber.az”un yerli bürosuna Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Millət vəkili Qərbi azərbaycanlılara qarşı edilən haqsızlıqların Antalyada keçirilən 4-cü Diplomatik Forumunda səsləndirlməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu məsələdə rəsmi Bakının prinsipial mövqeyi mövzunu beynəlxalq aləmə qədər gətirib çıxarıb: “Qarabağ Zəfərindən sonra məcburi köçkünlərin öz yurd-yuvalarına dönməsi prosesi başlayıb. Təbii ki, bunun ardından Qərbi azərbaycanlıların da öz vətənlərinə geri dönmələri məsələsi aktuallaşdı. Azərbaycanın bu insanların da öz yurdlarına təhlükəsiz şəkildə qayıtması ilə bağlı başlatdığı fəaliyyət təqdirəlayiqdir. Çünki onlar da ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddialarının qurbanlarıdır. Bu baxımdan Qərbi Azərbaycan İcmasının atdığı mühüm addımlar təqdir edilməlidir”.
Ş.Ayrım onu da qeyd edib ki, Türkiyənin bu məsələdə də Azərbaycanın yanında olması bəşəri ədalətin təminidir: “Biz də Türkiyə olaraq bu ədalətsizliyi beynəlxalq aləmə çatdırmaq üçün bacardığımız qədər dəstək göstəririk və bu, ənənəvi olaraq bizim hər zaman-haqqın-ədalətin yanında olmağımızın göstəricisidir”.
Oxşar xəbərlər
Şamil Ayrım: Türkiyə Qarabağın dirçəlişində Azərbaycana dəstək olur və olacaq
Şamil Ayrım: Beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların səsini dünyaya eşitdirməlidir
Şamil Ayrım: Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək
Beynəlxalq konfrans çərçivəsində insan təhlükəsizliyi və əmlakın geri qaytarılması müzakirə edilib
Türkiyənin bir qrup millət vəkili Bakıda iftar süfrəsinə qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













