Beynəlxalq konfrans çərçivəsində insan təhlükəsizliyi və əmlakın geri qaytarılması müzakirə edilib
sizinxeber.az xəbər saytı

Beynəlxalq konfrans çərçivəsində insan təhlükəsizliyi və əmlakın geri qaytarılması müzakirə edilib


Bu gün “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması” mövzusunda panel keçirilib.

Sizinxeber.az xəbər verir ki, paneldə qayıdış hüququnun təhlükəsiz təmin olunması barədə fikir mülahizələri aparılıb.

Panelin moderatoru millət vəkili Rizvan Nəbiyev ədalətin bərpa olunması üçün atıla biləcək addımlardan söhbət açıb, panelin spikerlərini təqdim edib.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım çıxışında Türkiyənin dəstəyini ifadə edib: “Azərbaycan sülh istəyir, qərbi azərbaycanlılar öz evlərinə qayıtmaq istəyir. Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək. Bu, ədalətə inanan hər kəsin ortaq mübarizəsidir”.

Paneldə İraq Respublikası Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Əl-Salihi, Şimali Kipr Türk Respublikası Prezidentinin Beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin Işıksal və Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun hüquq, beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə professoru Nadia Boyacıyeva çıxışlarında Qərbi Azərbaycana qayıdış kontekstində digər ərazisi zəbt olunan ölkələrin bu istiqamətdə mübarizə aparmalarının zəruriliyini vurğulayıblar.

Oxşar xəbərlər

Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququ mövzusunda panel keçirilib
Şamil Ayrım: Türkiyə qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq çağırışını sona qədər dəstəkləyəcək
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransda daha bir panel keçirilib
“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda II beynəlxalq konfrans keçiriləcək
Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri mövzusunda panel keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər