Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə edilir
sizinxeber.az xəbər saytı

Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə edilir


Türkiyədə üç gün davam edəcək Antalya Diplomatiya Forumu çərçivəsində bir çox məsələ müzakirə olunur.

"Report" xəbər verir ki, bu barədə "Baku TV"-nin Antalya Diplomatiya Forumundan hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, aprelin 11-dən 13-dən davam edəcək Forumda iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal mövzular gündəmdədir:

"50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur. 140 ölkədən 450-yə yaxın nümayəndə, o cümlədən dövlət rəhbərləri, xarici işlər nazirləri, jurnalistlər Foruma təşrif buyurublar".

Həmçinin qeyd olunub ki, Forumda keçiriləcək sessiyalar çərçivəsində müharibələrin iqtisadiyyata təsirindən də söz açılıb:

"Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz çıxışında ölkələr arasında iqtisadi əlaqələrin qurulmasının vacibliyindən danışdı. O, xüsusilə vurğuladı ki, müharibələr və qaynar nöqtələr iqtisadiyyata ciddi təsir göstərir".

Bildirilib ki, müzakirəsi gözlənilən vacib mövzular arasında gərginlik yaşanan regionlar və ölkələr də var: "Yaxın Şərqdəki gərginliyin aradan qaldırılması mövzusunda iki plenar iclas keçiriləcək. Müzakirə olunacaq mövzular arasında, həmçinin Rusiya-Ukrayna müharibəsi də var".

Oxşar xəbərlər

Baku TV: Antalya Diplomatiya Forumunda aktual beynəlxalq məsələlər müzakirə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Antalya Diplomatiya Forumunda iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çavuşoğlu: Antalya Diplomatiya Forumu ilə Qlobal Bakı Forumu arasında əməkdaşlığa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mövlud Çavuşoğlu: Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle