Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir - YENİLƏNİB


Türkiyənin Antalya şəhərində “Antalya Diplomatik Forumu”nun açılış mərasimi keçirilir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.

16:00

Türkiyədə IV Antalya Diplomatiya Forumunun (ADF2025) rəsmi açılış mərasimi keçirilir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə keçirilən tədbir bu il “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr edilib.

4 mindən çox qonağın qatıldığı ADF2025-ə dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı qatılıb. Forumda 50-dən çox ölkənin xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazir iştirak edir. Tədbirə həmçinin 60-a yaxın beynəlxalq təşkilatın nümayəndələri qatılıb.

Üç gün davam edəcək tədbirdə müxtəlif coğrafiyaları əhatə edən məsələlərin, o cümlədən iqlim dəyişikliyi, terrorizmlə mübarizə, humanitar yardım, rəqəmsallaşma, ərzaq təhlükəsizliyi və süni intellekt kimi qlobal gündəmin önəmli mövzularının müzakirə olunacağı 50-dən çox sessiyanın keçirilməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin deputatları IV Antalya Diplomatik Forumunda iştirak edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər