Ərdoğan: Türkiyə yerləşdiyi coğrafiyanın təkcə sakini yox, həm də sahibidir
sizinxeber.az xəbər saytı

Ərdoğan: Türkiyə yerləşdiyi coğrafiyanın təkcə sakini yox, həm də sahibidir


Türkiyə yerləşdiyi coğrafiyanın təkcə sakini yox, həm də sahibidir.

“Sizinxeber.az”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində danışıb.

O qeyd edib ki, diplomatiya sahəsində Antalya Diplomatiya Forumu qlobal bir brendə çevrilib:

“Bu gün burada münaqişələrin yerinə dialoqu, güc yarışı yerinə ədalətli yanaşmanı müdafiə etdiyimizi göstəririk. Qlobal diplomatiyanın ürəyi üç gün ərzində Antalyada döyünəcək. İnsanlıq texnoloji yeniliklərə uyğunlaşdığı dövrdə beynəlxalq sistemin böhranları aradan qaldırma iqtidarında olmadığına şahidlik edirik. Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür".

Türkiyə Prezidenti vurğulayıb ki, ölkəsi yerləşdiyi coğrafoyada sabitliyin bərqərar edilməsini istəyir:

“Biz problemlərdən kənarda yerləşən ölkə deyilik. Tarixboyu Türkiyə imperialist oyunlarla, gərginliklərlə əhatələnib. Rəqabətin ən mənfi təsir göstərdiyi coğrafiyada yerləşirik. Biz bu coğrafiyanın sadəcə sakinləri yox, həm də sahibləriyik. Min ildir buradayıq və burada da qalacağıq”.

Oxşar xəbərlər

Türkiyə Prezidenti: Qlobal diplomatiyanın qəlbi 3 gün Antalyada döyünəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: İslamofobiya dünyada vəba kimi sürətlə yayılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: Türkiyə beynəlxalq siyasətdə güc sahibidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə IV Antalya Diplomatik Forumunun rəsmi açılış mərasimi keçirilir, İlham Əliyev tədbirdə iştirak edir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çavuşoğlu: Antalya Diplomatiya Forumu ilə Qlobal Bakı Forumu arasında əməkdaşlığa çalışırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər