Azərbaycanın innovativ idarəetmə modeli BMT-də nümunə kimi təqdim olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında keçirilən Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 24-cü sessiyasında çıxış edib.
“Report”un ABŞ bürosu xəbər verir ki, sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün dayanıqlı, inklüziv, elmi və sübuta əsaslanan həll yollarının irəlilədilməsində idarəetmə və institusional yanaşmalar” mövzusuna həsr olunub.
Ü.Mehdiyev bildirib ki, Azərbaycan son illər dövlət xidmətlərinin inkişafı və rəqəmsal transformasiyası sahəsində beynəlxalq miqyasda nümunəvi təcrübə formalaşdırıb. 2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan ASAN xidmət qısa müddət ərzində regionda və dünyada innovativ idarəetmə modeli kimi tanınıb: “ASAN xidmət vətəndaş mərkəzli idarəetmə prinsiplərinə əsaslanır və bu model "Heç kimi arxada qoymamaq" fəlsəfəsini təcəssüm etdirir,” - o vurğulayıb.
Ü.Mehdiyev əlavə edib ki, ASAN xidmət 2015-ci ildə BMT-nin Dövlət Xidməti Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafata layiq görülüb. Bu gün ASAN modeli 30-dan çox ölkəyə ixrac olunur və digər dövlətlər tərəfindən öyrənilir: “Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi nailiyyətlər təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də geniş maraq doğurur. Bu baxımdan, COP29 zamanı BMT ilə birgə yaradılmış Etimad Fondu (UN Trust Fund) mühüm təşəbbüslərdən biridir. Fond vasitəsilə Azərbaycan az inkişaf etmiş ölkələrə, kiçik ada inkişaf etməkdə olan dövlətlərə, dənizə çıxışı olmayan ölkələrə və digər inkişaf etməkdə olan ölkələrə texniki dəstək, təlimlər və resurslar təqdim etməyə hazırdır. Bu fond dövlət idarəçiliyində innovasiya və potensialın artırılmasına xidmət edəcək, institusional dayanıqlığın gücləndirilməsində və DİM-lərin reallaşdırılmasında mühüm vasitəyə çevriləcək”.
Ü.Mehdiyev BMT ilə Azərbaycan arasında imzalan “Töhfə sazişi” ilə bağlı üzv ölkələlərin nümayəndələrini məlumatlandırıb. O, sessiya iştirakçılarını saziş çərçivəsində Azərbaycanın intelektual brendi olan "ASAN xidmət" modelini BMT xətti ilə dünya ölkələlərinə çıxışının təmin olunmasını nəzərdə tutan qarşıdakı iki il ərzində dörd müxtəlif qitədə keçiriləcək regional forumlara dəvət edib. O bildirib ki, bu təşəbbüslər birgə təcrübə və bilik mübadiləsi üçün vacib platforma rolunu oynayacaq və dövlət xidmətlərində qlobal standartların formalaşmasına təkan verəcək: “İnnovasiya insanların dəyişən ehtiyaclarına cavab verməlidir. Dövlət xidmətlərinə çıxış imtiyaz deyil, hər insanın fundamental hüququdur”.
Oxşar xəbərlər
“ASAN xidmət” COP29 çərçivəsində beynəlxalq forum keçirəcək
Lənkəran “ASAN xidmət” mərkəzində son bir ildə 300 minə yaxın müraciətə baxılıb
Dövlət Agentliyinin sədri "ASAN müraciət" sistemindəki qurumlara çağırış edib
“ASAN müraciət” İnformasiya Sisteminin ötənilki fəaliyyəti qiymətləndirilib
Bu gündən "ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
