“ASAN müraciət” İnformasiya Sisteminin ötənilki fəaliyyəti qiymətləndirilib
sizinxeber.az xəbər saytı

“ASAN müraciət” İnformasiya Sisteminin ötənilki fəaliyyəti qiymətləndirilib


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində “ASAN müraciət” İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir təşkil olunub.

"Report"un məlumatına görə, tədbirdə ötən il "ASAN müraciət”ə 11 400 müraciət daxil olduğu bildirilib:

"Həmin müraciətlərdən doğru ünvanlanmadığı üçün 1491-i geri çevrilib, 5835-i isə cavablandırılıb. Belə ki, 2024-cü il ərzində qurumlara 4 200 müraciət 3500 dən çox yönləndirilib 2200 çoxu isə təmin edilib. Bununla yanaşı, zəng çağrı mərkəzinə ötən il ərzində 1132 müraciət daxil olub və cavablandırılıb.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN müraciət” platformasının məhz vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin inkişafındakı xüsusi əhəmiyyətini, müraciətlərin və ehtiyacların operativ və innovativ üsullarla həll edildiyini diqqətə çatdırıb:

"Hazırda “ASAN müraciət” İnformasiya Sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə (Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla) müraciətlərin qəbulunu və aidiyyəti üzrə göndərilməsini təmin edir. Bu günədək 25 000-ə yaxın istifadəçi “ASAN müraciət” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib. Mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərindən yükləmək mümkündür".

Sonda vətəndaşların müraciətlərinə baxmaqda fərqlənən müxtəlif qurumlara, fəallığı ilə seçilən vətəndaşlara və xüsusi dəstək göstərən ASAN könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Oxşar xəbərlər

Dövlət Agentliyinin sədri "ASAN müraciət" sistemindəki qurumlara çağırış edib
“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı genişləndirilib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların siyahısı genişləndirilib
“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər