Bu gündən "ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib
Bu gündən "ASAN xidmətin" "Publik data portalı" istifadəyə verilib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət" publik data portalının təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Agentliyin sədri qeyd edib ki, portaldan tədqiqatçılar, ekspertlər, mütəxəssislər, gənclər və cəmiyyətin ayrı -ayrı təbəqələrinin nümayəndələri öz şəxsi məqsədləri, biznes fəaliyyəti, elmi araşdırmaları üçün istifadə edə biləcək:
"Artıq bu gündən "Publik data portalı" istifadəyə verilib. ASAN-ın rəsmi internet səhifəsində portala keçid var".
Sədr bildirib ki, süni intellekt həlləri vasitəsilə vətəndaş məmnunluğunun 100 faizə yaxınlaşdırılması hədəflənir:
"ASAN xidmətdə artıq bir neçə süni intellekt həlləri tərtib olunur. Əsasən vətəndaş axının idarə edilməsi, rəy sorğuların təhlili ümumiyyətlə data əsaslı qərar qəbul etmə ilə bağlı bir neçə süni intellekt həlləri mövcuddur. Bu tətbiq davamlı olacaq".
Ü.Mehdiyev həmçinin diqqətə çatdırıb ki, 25 ölkə ASAN xidmət modelini öz ölkələrində tətbiq etmək üçün xidmətlə müqavilə imzalayıb. Artıq 10 dan çox ölkə bununla bağlı sorğu göndərib: "2025-2026-cı illərdə BMT dörd qitədə Azərbaycan ASAN modelinin təşviqi və təşkili ilə bağlı işlərə başlayıb".
Oxşar xəbərlər
Murad Fətullayev: 2026-cı ilə qədər "ASAN xidmət"in fəaliyyətində süni intellektin tətbiqi genişlənəcək
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
Dövlət Agentliyinin sədri "ASAN müraciət" sistemindəki qurumlara çağırış edib
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
Lənkəran “ASAN xidmət” mərkəzində son bir ildə 300 minə yaxın müraciətə baxılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
