XİN rəhbərinin müavini Qvineyaya səfər edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Qvineya Respublikasına səfər edib.
XİN-dən APA-ya verilən xəbərə görə, 8 aprel 2025-ci il tarixində xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının hökumət missiyası Azərbaycan və Qvineya Respublikası arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın yaradılması və genişləndirilməsi məqsədilə qarşı tərəfin dəvəti əsasında Qvineya Respublikasına səfər edib.
Səfər zamanı Yalçın Rəfiyev Qvineya Respublikasının xarici işlər naziri, Afrika inteqrasiyası və xaricdə yaşayan qvineyalılar naziri Morissanda Kouyate ilə görüş keçirib və tərəflər arasında ikitətəfli siyasi və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Bundan əlavə bu ölkənin kənd təssərüfatı, əmək və dövlət qulluğu nazirliklərinin və SONAP milli neft şirkətinin rəhbərlikləri ilə də görüşlər baş tutub.
Bu görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı üçün ticarət, sərmayə, kənd təsərrüfatı, faydalı qazıntıların istifadəsi və digər sahələrdə əməkdaşlıq istiqamətləri və hüquq-müqavilə bazasının yaradılması ilə bağlı müzakirələr aparılıb, eyni zamanda Azərbaycanın "ASAN xidmət" konsepsiyası barədə qarşı tərəfə geniş məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycanla Qvineya-Bissau arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Efiopiyada səfərdə olub
Azərbaycan hökumət missiyası Somaliyə səfər edib
Qvineya-Bisau Prezidentinin Azərbaycana səfəri başa çatıb
Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır
