Mohd Şarif: "Şəhərlərin enerji planlaması ilə enerji sistemlərinin layihələndirilməsi arasında uyğunlaşma zəruridir"
sizinxeber.az xəbər saytı

Mohd Şarif: "Şəhərlərin enerji planlaması ilə enerji sistemlərinin layihələndirilməsi arasında uyğunlaşma zəruridir"


Enerji keçidi sadəcə köhnə sistemi əvəz etmək demək deyil, bu, şəhərlərin necə enerji ilə təmin olunmasında dayanıqlılıq və çeviklik yaratmaq üçün seçimləri genişləndirməkdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maymuna Mohd Şarif Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu"nda deyib.

Onun sözlərinə, bu gün dünyanın qarşılaşdığı çətinliklər həll yollarının olmaması deyil: "Bizim artıq texnologiyalarımız, siyasətlərimiz və hərəkətverici qüvvəmiz var. Real boşluq - şəhərlərimizi necə planlaşdırmağımız ilə enerji sistemlərimizi necə layihələndirməyimiz arasındakı uyğunlaşmadadır. Bu uyğunlaşma olmasa, keçid prosesinin qeyri-bərabər getməsi riski yaranar və bu, şəhər icmalarımız arasındakı bərabərsizlikləri daha da artıra bilər".

O qeyd edib ki, şəhərlər üçün imkanlar çox aydındır: "Bərpa olunan enerjini, qeyri-mərkəzləşdirilmiş sistemləri və yerli şəraitə uyğunlaşdırılmış həlləri inteqrasiya edərək şaxələndirmə aparmaq. Çünki keçid sadəcə köhnə sistemi əvəz etmək demək deyil, bu, şəhərlərin necə enerji ilə təmin olunmasında dayanıqlılıq və çeviklik yaratmaq üçün seçimlərimizi genişləndirməkdir".

Oxşar xəbərlər

Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"
Anar Quliyev: "Şəhərlər qlobal emissiyaların təxminən 70 %-ini təşkil edir"
Maymuna Mohd Şarif: QHT-lər qərarvermədə əsas körpü rolunu oynayır
Erfan Ali: "Qlobal mənzil böhranı yalnız əməkdaşlıq yolu ilə həll oluna bilər"
BMT nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün əhəmiyyətli olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər