Pakistan səfirliyində Cammu və Kəşmirin İşğal Günü ilə bağlı tədbir keçirilib
Pakistanın Azərbaycandakı səfirliyində Cammu və Kəşmirin İşğal (Qara) Günü ilə bağlı tədbir keçirilib.
Sizinxeber.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin, səfirliyin nümayəndələri, Bakıda yaşayan bəzi pakistanlılar və media mənsubları iştirak ediblər.
Əvvəlcə, 1947-ci ilin oktyabrın 27-də Hindistanın işğalını və zərər çəkmiş əhalinin statistikasını, eyni zamanda, 2019-cu ilin 5 avqust hadisələrini özündə əks etdirən videoçarx nümayiş edilib.
Qasım Mohiuddin çıxışında Hindistanın qeyri-qanuni işğalı altında olan Cammu və Kəşmirin acınacaqlı tarixindən söhbət açıb. O, həmçinin Pakistanın Hindistanın işğalı altında olan Cammu və Kəşmirin məzlum xalqına göstərdiyi davamlı dəstəyə görə qardaş Azərbaycan xalqına və hökumətinə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan səfirliyində Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İƏT Cammu və Kəşmirlə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Pakistan Kəşmir münaqişəsinin sülh əsasında nizamlanmasına sadiqdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Baş naziri COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












