Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Pakistanın Azərbaycandakı Səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
APA xəbər verir ki, tədbirdə iştirakçılara Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin müraciətləri səsləndirilib.
Hər iki dövlət xadimi iki ölkə arasındakı dostluq və əməkdaşlığın inkişafının önəmini qeyd edib.
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin çıxış edərək, ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyətindən danışıb.
O bildirib ki, hər iki ölkə iqtisadiyyatının müxtəlif sahələrində geniş tərəfdaşlıq əlaqələrinə malikdir.
Diplomat, həmçinin Pakistanla Azərbaycanın bir-birinin ədalətli mövqeyini müxtəlif beynəlxalq platformalarda daim dəstəklədiyini vurğulayıb.
O, dövlətlərarası münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
Q. Mohiuddin deyib ki, hər iki ölkə üçün qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsi xüsusi önəm daşıyır.
Tədbirdə Pakistan diasporunun nümayəndələri və jurnalistlər iştirak edib.
Oxşar xəbərlər
Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Səfir: Pakistan Kəşmir münaqişəsinin sülh əsasında nizamlanmasına sadiqdir
Pakistanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
