Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Moskvada Lavrovun müavini ilə görüşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Moskvada Lavrovun müavini ilə görüşüb


Moskvada Azərbaycan Respublikası Prezidentinin Xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında görüş keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə 2022-ci il fevralın 22-də iki dövlətin prezidentləri tərəfindən imzalanmış Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında münasibətlərin mütərəqqi şəkildə möhkəmləndirilməsi üzrə gələcək fəal birgə işlərə qarşılıqlı sadiqlik təsdiq edilib.

"Siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələlərinə baxılıb. Respublikada Rusiyanın mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə ayrıca diqqət ayrılıb. Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyi qeyd edilib. Görüş iki ölkə arasında münasibətlər üçün ənənəvi olan səmimi və dostluq atmosferində keçib", - nazirliyin məlumatında qeyd olunub.

Oxşar xəbərlər

Rusiya XİN başçısının müavini Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşüb
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib
Moskvada Rusiya və İran arasında məsləhətləşmələr keçirilib
Hikmət Hacıyev Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşüb
Lavrovun müavini: Rusiya Azərbaycan-Ermənistan sərhədinin tezliklə delimitasiyasının tərəfdarıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər