Rusiya XİN başçısının müavini Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi ilə görüşüb
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüşüb.
“Report” Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, tərəflər 2022-ci il fevralın 22-də iki dövlət rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıblar.
Görüşdə siyasi dialoqun dərinləşdirilməsi və ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində birgə işin vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Rusiya və Türkiyə rəsmiləri Cənubi Qafqazda sülhü müzakirə ediblər
İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan səfiri Rusiya XİN müavininə Bakının sülh müqaviləsinə dair mövqeyini təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
