BMT rəsmisi: Azərbaycan minatəmizləmə sahəsində regional mərkəzə çevrilə bilər
Azərbaycan minatəmizləmə sahəsində regional mərkəzə çevrilə bilər.
Bunu BMT-nin İnkişaf Proqramının (UNDP) Böhran Bürosu, Böhranlara Hazırlıq, Cavab və Bərpa Qrupunun rəhbəri Devanand Ramiah “Sizinxeber.az”un ABŞ bürosuna müsahibəsində deyib.
Azərbaycanın mina problemi ilə bağlı BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən brifinqdə iştirak edən D.Ramiah ölkənin minatəmizləmə sahəsində regional liderliyindən və “Minatəmizləmə üzrə Mükəmməllik Təlim Mərkəzi” təşəbbüsündən danışıb.
D.Ramiah bildirib ki, BMT tərəfindən dəstəklənən layihənin uğurla həyata keçirilməsi ilə Azərbaycan bu sahədə beynəlxalq təcrübə və bilik paylaşımı üçün əsas mərkəzə çevrilə bilər: “Layihə hələ qiymətləndirmə mərhələsindədir və texniki detallar üzərində işlər davam etdirilir. Azərbaycan bu sahədə illərdir ciddi təcrübə toplayıb və bu mərkəz həmin təcrübəni paylaşmaq, inkişaf etdirmək və sahədə real işləri əlaqələndirmək üçün əsas platformaya çevriləcək,” - o qeyd edib.
BMT baş katibinin də minatəmizləməni təşkilat üçün prioritet məsələ kimi dəyərləndirdiyini vurğulayan D.Ramiah bu işin dayanıqlı inkişafla birbaşa bağlı olduğunu bildirib:“Minatəmizləmə inkişaf üçün təməl şərtdir. UNDP bu sahədə təkcə Azərbaycanda yox, dünyanın bir çox bölgəsində aktiv rol oynayır. Mina təhlükəsi aradan qaldırılmadan iqtisadi və sosial inkişaf mümkün deyil”.
D.Ramiah UNDP-nin Azərbaycan hökuməti ilə 30 illik əməkdaşlığını xatırladaraq, ANAMA ilə 25 illik tərəfdaşlıq tarixindən də bəhs edib.
UNDP-nin bölgədəki fəaliyyəti ilə bağlı məlumatların niyə məhdud olduğu sualına D.Ramiah belə cavab verib: “Əksər hesabatlar və məlumatlar rəsmi saytımızda dərc olunur, lakin bəzi kommunikasiya materialları birbaşa ölkə ofisləri tərəfindən hazırlanır və yayımlanır. Bu səbəbdən bəzi bölgələrlə bağlı məlumatlar daha məhdud şəkildə paylaşılır”.
Oxşar xəbərlər
BMT-də Azərbaycanın mina problemi ilə bağlı brifinq keçirilib
Minatəmizləmə əməliyyatlarının icra edildiyi bölgələrə səfərlər planlaşdırılır
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib
Bayden: Yaxın Şərqdəki vəziyyət regional müharibəyə çevrilə bilər
Minatəmizləmə zamanı həlak olanlara şəhid statusu verilməlidir - Ekspert
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
“Aston Villa” Avropa Liqasının qalibi olub
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
