Sergey Lavrov: Rusiya XİN Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir
sizinxeber.az xəbər saytı

Sergey Lavrov: Rusiya XİN Azərbaycanla sıx əməkdaşlığın davam etdirilməsinə ümid edir


Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovu ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

S.Lavrov qeyd edib ki, ötən onilliklər ərzində dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan iki ölkə arasındakı münasibətlər möhkəmlənib və inkişaf etməkdə davam edir, Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı münasibətlər etimada əsaslanır.

Rusiyalı nazir onun rəhbərlik etdiyi qurumun Azərbaycan XİN ilə əməkdaşlığın davam etdirilməsinə yönəldiyini vurğulayıb.

"Əminəm ki, beynəlxalq platformalarda fəaliyyətlərin koordinasiyası və qarşılıqlı dəstək, MDB və regional formatlar çərçivəsində səmərəli əməkdaşlıq qarşılıqlı faydalı razılaşmaların həyata keçirilməsinə, Cənubi Qafqaz və Xəzər regionunda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Lavrov: Rusiya ilə Çin arasında hərbi əməkdaşlıq intensiv şəkildə inkişaf edir
Lavrov: Putin və Si Cinpin arasında görüşlər Rusiya-Çin münasibətlərinə xüsusi təkan verir
Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər
Sergey Lavrov Rusiya-Azərbaycan münasibətlərini etibarlı adlandırıb
Rusiya XİN başçısı: Ermənistanla regionda sülhün möhkəmləndirilməsində işləri davam etdirəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər