Avropa çempionu Əli Cavadlı: "Əsas hədəfim Bakıdakı dünya çempionatında qızıl medal qazanmaqdır"
Bolqarıstan Samokov şəhərində təşkil olunan güləş üzrə U-17 Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Əli Cavadlının (45 kq) əsas hədəfi Bakıda keçiriləcək dünya birinciliyində də qızıl medal qazanmaqdır.
"Report" xəbər verir ki, o, bunu Azərbaycan Güləş Federasiyasına açıqlamasında deyib.
Qızıl medal qazanan güləşçi qələbə yolunu şərh edib:
"Avropa çempionu olduğum üçün çox sevinirəm. Yarışa uğurlu başladım. İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldim. 1/4 finalda Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim. Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım. Finalda güləşi hücum uslubunda qurdum. Görüş başlayandan aktivliyi mən aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım. Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır".
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisi Avropa çempionatını 6 medalla başa vurub.
Oxşar xəbərlər
Azərbaycanlı Avropa çempionu: “Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”
Avropa çempionu Ali Tsokayev: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"
Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"
Monteneqroda qızıl medal qazanan Zidan Hümbətov: "Qazaxıstan çempionuna qarşı ilk döyüşüm daha çətin oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
