Deputat: Sülhün əldə edilməsi üçün Ermənistan öhdəliklərini icra etməlidir
Sülhün əldə edilməsi üçün Ermənistan öz üzərinə düşən öhdəlikləri icra etməlidir.
Bunu Sizinxeber.az-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat qeyd edib ki, “Dünya düzəninin yenidən düşünülməsi” mövzusuna həsr olunmuş XII Qlobal Bakı Forumunda beynəlxalq münasibətlər sistemində ənənəvi qaydaların artıq effektiv olmadığını təsdiq edən fikirlər səsləndirildi: “Azərbaycan ordusu 2020-ci ilin 44 günlük müharibədə və 2023-cü il antiterror tədbirləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdi. Bu BMT-nin sülhə məcburetmə mexanizmlərinin işləməməsinin nəticəsi idi. Son illərdə dünyada baş verən hadisələr ənənəvi nizamın artıq mövcud olmadığını bir daha təsdiq edir. Ona görə də bu gün beynəlxalq münasibətlər sistemində ziddiyyətlərin dərinləşməsi müşahidə edilir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də forumda çıxışı zamanı bu fikirləri bir daha vurğuladı. Eyni zamanda qeyd etdi ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası bəlli deyil”.
Soltan Məmmədov bildirib ki, 30 illik işğal dövründə təkcə soydaşlarımız deyil, həm də qədim tarixi mədəniyyət abidələrimiz, məscidlərimiz dağıdılmış, islami dəyərlərimiz təhqir edilmiş, erməni vandalizminin qurbanına çevrilmişdir. Vətən müharibəsi zamanı hətta döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Bərdə, Gəncə və digər şəhərlər işğalçı Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulmuş, onlarla vətəndaşımız həlak olmuş, infrastruktura külli miqdarda ziyan dəymişdir. “Bu baxımdan cənab Prezidentimizin də dediyi kimi Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq”.
Deputat həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesinin uğurla nəticələnməsinin bütövlükdə region xalqlarının maraqlarına cavab verdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan regionda münaqişənin olmasına qarşıdır. Soltan Məmmədov vurğulayıb ki, sülhün əldə edilməsi üçün Ermənistan öz üzərinə düşən öhdəlikləri icra etməlidir. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası ifadə edən müddəanın qalması bu ölkənin davamlı sülhün əldə olunmasında maraqlı olduğuna şübhə yaradır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalan qətnamələrinin tələblərini öz gücümüzlə icra etdik
Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi qəbul edilir
Şimali Makedoniya Prezidenti: Qütbləşmə dünyada təhlükəsizliyi sarsıdır
Prezident: Bu gün Aİ daha güclü hərbi potensial qurmaq üçün siyasətini dəyişir
Soltan Məmmədov: Bakı Qlobal Platforması ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfəsi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
