Azərbaycan və Bolqarıstan XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Bolqarıstanın xarici işlər naziri Georq Georqiev arasında geniş tərkibdə görüş keçirilib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
Müzakirələr zamanı nazirlər Azərbaycan və Bolqarıstan arasında iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və kommunikasiyalar da daxil olmaqla bir sıra əsas istiqamətlər üzrə strateji tərəfdaşlığın gücləndirilməsinə diqqət yetiriblər.
Nazirlər həm də gələcək planları və iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün potensialı araşdırıblar.
Bundan əlavə, Ceyhun Bayramov bolqarıstanlı həmkarına post-münaqişə dövründəki regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, son hadisələr və hələ də davam edən çağırışlar, xüsusilə Ermənistanın Azərbaycana qarşı konstitusiyasında təsbit olunmuş ərazi iddiaları barədə məlumat verib.
Xarici işlər naziri Ceyhun Bayramov da görüşlə bağlı paylaşım edib.
Nazir bildirib ki, görüşdə əsas diqqət enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərinə yönəlib. O, Azərbaycan və Bolqarıstan arasında bir sıra mühüm birgə təşəbbüslərin uğurla həyata keçirildiyini vurğulayaraq, bu tərəfdaşlığın davam etdirilməsinə böyük önəm verildiyini qeyd edib.
Görüş zamanı strateji tərəfdaşlıq çərçivəsində müxtəlif mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Ceyhun Bayramov həmçinin post-münaqişə dövründəki regional vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi və davam edən çağırışlar barədə bolqarıstanlı həmkarına məlumat verib.
Oxşar xəbərlər
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov serbiyalı həmkarına Ermənistanla sülh prosesi barədə məlumat verib
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
Ceyhun Bayramov Şimali Makedoniya xarici işlər nazirini post-münaqişə dövrü barədə məlumatlandırıb
Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərkəzi Bankla “Deutsche Bank” arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
-
Tramp Polşaya 5 min ABŞ hərbçisinin göndəriləcəyini açıqlayıb
