Ceyhun Bayramov Şimali Makedoniya xarici işlər nazirini post-münaqişə dövrü barədə məlumatlandırıb
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski ilə görüşüb.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi üçün imkanların mövcudluğuna toxunublar.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgəmizdə vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər həmçinin iki ölkə arasında qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıb.
Oxşar xəbərlər
Ceyhun Bayramovun Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov litvalı həmkarını postmünaqişə dövrü barədə məlumatlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Keniyanın Baş naziri Musalia Mudavadi arasında görüş keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












