Ceyhun Bayramov Emil Hurezeanunu Rumıniya XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib
15 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb.
APA xəbər verir ki, görüşdə Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran mövzular müzakirə olunub.
Nazir Ceyhun Bayramov Emil Hurezeanunun Rumıniyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına hazırlıq ifadə olunub.
Azərbaycan və Rumıniya arasında iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Xüsusilə, yaşıl enerji sahəsindəki tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərdə, xüsusilə “Orta Dəhliz” üzrə əməkdaşlığın inkişafının əməkdaşlığımıza əlavə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin bölgəmizdə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri müzakirə edilib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Bakı və Buxarest Azərbaycan – Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
Azərbaycan və İraq arasında beynəlxalq platformalarda da öz əksini tapan tarixi dostluq var
Ceyhun Bayramov Şimali Makedoniya xarici işlər nazirini post-münaqişə dövrü barədə məlumatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













