Azərbaycan - ƏTİT əməkdaşlığının gücləndirilməsi müzakirə edilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycan - ƏTİT əməkdaşlığının gücləndirilməsi müzakirə edilib - YENİLƏNİB


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 11-də Qazaxıstana rəsmi səfəri çərçivəsində Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berek Arın ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Azərbaycan və ƏTİT arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə qida təhlükəsizliyi problemlərinin birgə həll yollarının araşdırılması imkanları müzakirə edilib.

Azərbaycanın donor dövlət kimi beynəlxalq humanitar və inkişafa yardım proqramlarına mühüm töhfələr verdiyini vurğulayan nazir Ceyhun Bayramov, aktual qlobal qida təhlükəsizliyi kimi mühüm çağırışın həlli baxımından qarşılıqlı faydalı əməkdaşlığın təşviq edilməsinin vacibliyini diqqətə çatdırıb.

C.Bayramov, həmçinin qida təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsinin Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindən biri olduğunu və bu strateji məsələnin daim diqqətdə saxlanıldığını bildirib.

Baş direktor Berek Aren Azərbaycanın qida təhlükəsizliyi proqramlarına verdiyi töhfələrə görə minnətdarlığını bildirərək, ölkənin İƏT çərçivəsində aktiv fəaliyyətini və regional qida təhlükəsizliyinin həllində mühüm rolunu yüksək qiymətləndirib.

Azərbaycanın COP29 sədrliyi zamanı əldə olunmuş nailiyyətlər xüsusilə qeyd edilib. İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinə birbaşa təsirlərinin bu istiqamətə xüsusi əhəmiyyət verilməsinin zəruri olduğunu göstərdiyi vurğulanıb.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti bir daha qeyd edilib.

Bununla yanaşı, ƏTİT-in fəaliyyəti barədə geniş təqdimat edilib.

12:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana rəsmi səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Berek Arın ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi, qlobal ərzaq təhlükəsizliyi problemlərinin həlli və birgə təşəbbüslər vasitəsilə davamlı həll yollarının araşdırılması müzakirə edilib.

Ceyhun Bayramov Azərbaycanın donor dövlət kimi rolunu vurğulayaraq onun beynəlxalq humanitar yardım və inkişaf proqramlarına verdiyi töhfələrə diqqət çəkib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb
Azərbaycan-İƏT əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə regional əməkdaşlığın perspektivlərini müzakirə edib
Ceyhun Bayramov Kiprin xarici işlər naziri ilə görüşüb
Ceyhun Bayramov Somalidən olan həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər